09.06.2016
Bölgələrdə “Fitnə” filmi nümayiş olunub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” filmi Xaçmaz rayonunda nümayiş olunub. Təqdimat mərasimində DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Xaçmaz Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev,hüquq-mühafizə orqanlarının əməkdaşları, dindarlar və gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Xaçmaz Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev bildirib ki, ölkəmizin bütün bölgələrində bu filmin nümayişləri həyata keçirilir. Natiq çıxışı zamanı onu da qeyd edib ki, “Fitnə” filmi dini radikalizmlə mübarizədən bəhs edir.
Daha sonra DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev çıxış edərək bildirib ki, dini radikalizmin qurbanı olmuş və cinayət məsuliyyətinə cəlb edilmiş insanların timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğunu əks etdirən “Fitnə” sənədli filmi olduqca əhəmiyyətə malikdir.
Sonda film tədbir iştirakçılarına nümayiş olunub.
***
İyunun 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Gənclərin radikal təsirlərdən və zərərli vərdişlərdən qorunması” mövzusunda tədbir keçirilib. “Fitnə” filminin nümayişi ilə başlayan tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşları,Zərdab Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Murad Həsənov, təhsil işçiləri, orta məktəblərin yuxarı sinif şagirdləri, gənclər və eləcə də fəal ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və Zərdab RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Murad Həsənov Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” filminin nümayişinin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıblar.
Tədbirdə gənclərimizin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün bu tipli maarifləndirici filmlərin çəkilməsinin və istiqamətləndirici tədbirlərin daha çox keçirilməsinin əhəmiyyəti diqqətə çatdırırlıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.



.png)
.png)