Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.03.2016

Bölgələrdə dini radikalizmlə mübarizə məsələləri müzakirə edilib

Martın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Lerik rayonu Gürdəsər  kənd məscidi dini icmasının həyata keçirdiyi "Dini radikalizmə qarşı  mübarizə yolları və milli-mənəvi dəyərlərimizin təbliği" layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Gürdəsər  kənd  məscidi dini icmasının sədri Rafiq Kişiyev, dindarlar, kənd sakinləri, ağsaqqallar, ziyalılar və  gənclər iştirak ediblər.
Tədbirdə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Gürdəsər kənd məscidi dini icmasının sədri Rafiq Kişiyev, din xadimi Emil Əzizov, Gürdəsər kənd sakini,tarix müəllimi Güloğlan Ağayev müxtəlif mövzularla bağlı geniş çıxış ediblər.
Tədbirdə vurğulanıb ki, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayırması barədə Sərəncamı dövlətin dinə olan növbəti dəstəyi və qayğısıdır.
                                                                                                ****
Martın 19-da Qəbələ şəhər dindarlarının məscidi dini icmasının “Dini radikalizm və gətirdiyi fəsadlar” layihəsi çərçivəsində “Dini radikalizmə aparan yol - hədislərin yalnış anlaşılması” mövzusunda növbəti tədbir keçirilib. Tədbirdə Qəbələ rayonunda fəaliyyət göstərən dini icma rəhbərləri, imamlar və rayon ağsaqqalları iştirak ediblər. Tədbiri giriş sözü ilə Qəbələ şəhər Cümə məscidinin imam müavini Taleh Şirinov açaraq, mövzu haqqında məlumat verib. O, dini düzgün yaşaya bilmək üçün dini bilgilərin sağlam mənbələrdən öyrənilməsinin əhəmiyyətindən danışıb.
Tədbirdə Bakı İslam Universitetinin Zaqatala şöbəsinin müəllimi Vüqar Səmədov mövzu ilə bağlı geniş çıxış edərək qeyd edib ki, İslam dinində fərqli firqələrin, radikal düşüncələrin meydana gəlmə səbəblərindən biri də, məhz hədislərin yanlış anlaşılması problemidir. Çıxışlardan sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, bu tədbirlər Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.