04.11.2016
Bölgələrdə dini maarifləndirmə tədbirləri keçirilir
Noyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qobustan şəhəri “Heydər” məscidi dini icmasının “Gənclərin radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində “İslamda vəhdət” adlı dini maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Qadir Əkbərov, dini icmanın sədri Çingiz Babaşov, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər məscidlərimizdə vəhdət və birliyə çağırışlarla bağlı mütərəqqi təşəbbüslərdən söhbət açaraq İslamın sülh, qardaşlıq və tolerantlıq dini olmasını xüsusilə vurğulayıblar. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
***
Noyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şamaxı rayonu Adnalı kənd məscidi dini icmasının “Gənclərin radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində “İslamda vətən sevgisi” adlı dini maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Dövlət Təhlükəsizliyi Xidmətinin Şamaxı regional şöbəsinin əməkdaşı Cavid Cabbarov, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Adnalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asim Mahmudov, dini icmanın sədri Ramil İsrayılov, dini icma üzvləri, Adnalı kənd tam orta məktəbin direktoru Səxavət Nəbiyev, müəllimlər və şagirdlər iştirak ediblər. Çıxışlar zamanı Azərbaycan gəncliyinin əsas vəzifəsinin vətəni qorumaq olduğu tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Vurğulanıb ki, Vətən müqəddəs dəyərlərin yarana biləcəyi məkanın ifadəsidir və hər bir gənc birlik, bərabərlik ruhunda tərbiyə olunmalıdır.
Sonda tədbir iştirakçıları bu tədbirlərin dini maarifləndirmə sahəsindəki əhəmiyyətini yüksək qiymətləndirərək təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, hər iki tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.