Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.08.2017

Bölgələrdə dini maarifləndirmə tədbirləri davam etdirilir

Avqustun 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Tovuz rayonu məscidi dini icması tərəfindən “İslam həmrəyliyində məhzəblərarası dialoqun önəmi” layihəsi çərçivəsində “Dini ekstremizm və ona qarşı mübarizə metodları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərvin Zeynalov, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Tovuz rayon şöbəsinin əməkdaşı Şahin Abbasov, Tovuz RİH başçısının Aşağı Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Aslan Sadıqov, icma sədri Nəriman İbayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri N.İbayev mövzunun əhəmiyyətindən, eləcə də dövlətin dinə və dindarlara qayğısından bəhs edib.
DTX-nın Tovuz rayon şöbəsinin əməkdaşı Şahin Abbasov dini ekstremizmin, radikalizmin zərərlərindən və ona qarşı mübarizə metodlarından danışıb.
Daha sonra çıxış edən DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı P. Zeynalov bildirib ki, ölkəmizdə dini radikalizmlə mübarizə məqsədilə həm ideoloji, həm də hüquqi-inzibati müstəvidə zəruri addımlar atılır, genişmiqyaslı maarifləndirmə tədbirləri təşkil olunur.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.