Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.08.2017

Bölgələrdə dini maarifləndirmə tədbirləri davam etdirilir

Avqustun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Sabirabad rayon Həşimxanlı kənd məscidi dini icması tərəfindən “Multikultural cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” layihəsi çərçivəsində “Multikulturalizm dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda maarifləndirici tədbir keçirilib. 
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, Həşimxanlı kənd məscidi dini icmasının sədri Mirzəbala Tağıyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri Mirzəbala Tağıyev Azərbaycan xalqının əsrlər boyu formalaşan multikulturalizm ənənəsi haqqında məruzə ilə çıxış edib. O, bu dəyərlərin  azərbaycanlıların xarakterik xüsusiyyəti ilə bağlı olduğunu bildirib və multikultural mühitin mövcudluğuna dair konkret örnəklərdən danışıb.
Daha sonra çıxış edən DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov deyib ki, multikulturalizm Azərbaycan xalqının tarixi ənənələrindən irəli gəlməklə milli-mənəvi dəyərlərinin tərkib hissəsinə çevrilib. O, eyni zamanda dini radikalizmə və ekstremizmə qarşı mübarizədə multikultural ənənələrin önəmli bir vasitə olduğunu diqqətə çatdırıb.  
Kənd ağsaqqalı Bahəddin Əmrahov Azərbaycanda mövcud olan multikultural və tolerantlıq dəyərlərinin inkişaf etdirilməsində bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edib.
 Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.