Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
31.07.2017

Bölgələrdə dini maarifləndirmə tədbirləri davam etdirilir

İyulun 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Xəzər rayonu Türkan qəsəbəsi “Türkan bağları” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi sülh və birlik nümunəsidir” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Aslan Sultanov və Vasif Musayev, Xəzər Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rövşən Quliyev, “Türkan bağları” məscidi dini icmasının sədri Rafiq Əliyev, məscidin axundu Elman Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri R. Əliyev maarifləndirmə layihəsinin milli-mənəvi dəyərlərimizin təbliği işinə böyük töhfə verəcəyini deyib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı A.Sultanov İslam sivilizasiyasının əsas mərkəzlərindən biri kimi Azərbaycanda İslam həmrəyliyinin milli-mənəvi dəyərlərimizlə vəhdət təşkil etdiyini, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsini ölkəmizin  İslam dininə, müsəlman dünyasının həmrəyliyinə verdiyi yüksək dəyər olduğunu diqqətə çatdırıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı V.Musayev isə isə öz çıxışında vurğulayıb ki, ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə təşkil edilməsinin başlıca səbəbi bu münasibətlərin həmrəylik, tolerantlıq, multikulturalizm kimi dəyərlərlə sıx bağlılığıdır.
Daha sonra çıxış edən Xəzər RİH başçısı Aparatının nümayəndəsi Rövşən Quliyev rayonda dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlər haqqında məlumat verib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq həyata keçirilib.