25.05.2017
Bölgələrdə dini maarifləndirmə tədbirləri davam etdirilir
Mayın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Salyan şəhəri Mərkəzi Hacı Tağı məscidi dini icmasi tərəfindən “İslam dinində tolerant və multikultural dəyərlər” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Salyan şəhəri Mərkəzi Hacı Tağı məscidi dini icmasının sədri Hüsni Həsənov, Salyan Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev, rayonunun Mirəşrəfağa məscidi dini icmasının axundu Ağalar Sadıqov, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov Prezident İlham Əliyevin Sərəncamı ilə “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətindən danışıb. Natiq onu da bildirib ki, müxtəlif dinlərin və dini-fəlsəfi cərəyanların yayıldığı ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, eyni zamanda milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb.
Daha sonra Salyan şəhəri Mərkəzi Hacı Tağı məscidi dini icmasının sədri Hüsni Həsənov, Salyan Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavinii- dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev və başqaları çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.