13.12.2017
Bölgələrdə dini maarifləndirmə tədbirləri davam etdirilir
Dekabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Saatlı rayonu Qarayevkənd kənd məscidi dini icması tərəfindən “İslamda həmrəyliyin və tolerantlığın əhəmiyyəti” layihəsi çərçivəsində “Həmrəylik dini radikalizmə qarşı mübarizədə effektiv vasitə kimi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbənin əməkdaşları Elvin İbrahimov, Elbəy Dəmirov, Saatlı rayonu Qarayevkənd kənd məscidi dini icmasının sədri İsmayıl Calalov, dini icma üzvləri, kənd ağsaqqalları və gənclər iştirak ediblər.
Dini icma sədri İsmayıl Calalov dünyada və Azərbaycanda, xüsusilə də müsəlman dünyasında gedən proseslərdən və ölkəmizdə dini radikalizmin qarşısının alınma yollarından danışıb. İslamın sülh, həmrəylik və qardaşlıq dini olduğunu vurğulayan dini icma sədri onun radikalizmə, ekstremizmə və terrorizmə qarşı olduğunu deyib.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov və Elbəy Dəmirov dini maarifləndirmə tədbirlərinin gənclərin radikalizmdən qorunması baxımından əhəmiyyətli rolundan danışıblar. Qeyd ediblər ki, bu gün dünyada islamofobiyanın baş alıb getdiyi bir dövrdə dövlət başçımızın müdrikliklə 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi çox əhəmiyyətli və zamanın çağırışlarına cavab verən mühüm addımdır. Şöbə əməkdaşları, həmçinin, dini radikalizmin yayılmasının və gənclərin radikal qrupların təsiri altına düşməsinin qarşısının alınması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar..
Sonda tədbir iştirakçılarını maraqlanıran suallar cavablandırılıb və Dövlət Komitəsi tərəfindən nəşr edilmiş maarifləndirici ədəbiyyatlar paylanılıb.
.jpg)
