22.11.2016
Bölgələrdə dini maarifləndirmə tədbirləri davam etdirilir
Noyabrın 22-də Şəki şəhərində Mərkəzi “Cümə” məscidi dini icmasının “Dini radikalizmlə mübarizə hər birimizin borcudur” layihəsi çərçivəsində “Tolerantlıq: milli-mənəvi dəyərimiz” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov, Şəki şəhər Mərkəzi “Cümə” məscidinin imamları Əlyəsə Əslanov, Müşfiq Xəlilov və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şəki şəhər Mərkəzi “Cümə” məscidinin imamı Müşfiq Xəlilov mövzunun əhəmiyyətindən danışıb. O, İslam dinindəki tolerantlığa aid hədis və ayələrdən misallar gətirib.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev çıxışında qeyd edib ki, Azərbaycan əsrlər boyu burada yaşayan və müxtəlif dinlərə inanan bütün millətlər üçün Vətən olub. Onun sözlərinə görə, ölkəmizdə mövcud olan tolerant və multikultural mühit dünya üçün örnəyə çevrilib.
Daha sonra çıxış edən QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov və Şəki şəhər Mərkəzi “Cümə” məscidinin imamı Əlyəsə Əslanov Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncamını yüksək qiymətləndiriblər. Natiqlər dini sahəyə və dindarlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
.jpg)
.jpg)
(2).jpg)
.jpg)
.jpg)