Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.12.2016

Bölgələrdə dini maarifləndirmə tədbirləri davam edir

Dekabrın 13-də Şəki rayonunun Şorsu kənd  tam orta məktəbində  Şəki şəhəri Mərkəzi Cümə  məscidi dini icması tərəfindən həyata keçirilən “Dini radikalizmlə mübarizə hər birimizin borcudur” layihəsi çərçivəsində “Nümunəvi dindar necə olmalıdır?” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Elvin Qarayev, Şəki şəhəri Mərkəzi Cümə məscidinin imamları Əlyəsə Əslanov və Müşfiq Xəlilov, müəllim və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şorsu kənd tam orta məktəbinin direktoru Şərəf Şuğayeva mövzunun əhəmiyyətindən bəhs edib. Daha sonra çıxış edən DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Elvin Qarayev dövlət-din münasibətlərindən və respublikamızda mövcud olan tolerant mühitdən danışıb.
Şəki şəhəri Mərkəzi Cümə məscidinin imamları Müşfiq Xəlilov və Əlyəsə Əslanov çıxışlarında qeyd  ediblər ki, nümunəvi dindar  hər mövzuda mötədil yolu tutmalı və ibadətində ifratçılğa yol verməməlidir.
Sonda  tədbir iştirakçılarının sualları cavablandırılıb.