Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
09.12.2016

Bölgələrdə dini maarifləndirmə tədbirləri davam edir

Dekabrın 9-da Yardımlı rayonunun Çayüzü kənd  məscidi dini icmasında “Gənclərimizin radikal dini cərəyanlardan qorunması” adlı layihə çərçivəsində “Ənənəvi dindarlıq və radikalizm” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşı Elvin Hüseynli, Dövlət Təhlükəsizliyi Xidmətinin Yardımlı rayon şöbəsinin və rayon Polis şöbəsinin əməkdaşları, Çayüzü kənd məscidi dini icmasının üzvləri,dindarlar, gənclər, ziyalılar və ağsaqqallar iştirak ediblər.
Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov çıxış edərək, dini radikalizm və ekstremizmin zərərləri haqqında geniş məlumat verib. Natiq geosiyasi maraqların getdikcə şiddətlənməsinin təhlükəli həddə çatdığını, belə bir şəraitdə dünyada radikalizm meyllərinin güclənərək dəhşətli nəticələrə səbəb olduğunu  vurğulayıb.
Çayüzü kənd məscidi dini icmasının sədri Əli Orucov, Çayüzü kənd tam orta məktəbinin direktoru Hacıabış Əhmədov, Yeni Azərbaycan Partiyası Yardımlı Rayon Təşkilatının sədr müavini Hüseyn Vəliyev və başqaları çıxışlarında milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində görülən işlərdən bəhs ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin  dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndərmək məqsədi ilə imzaladığı Sərəncama əsasən keçirilib.