22.09.2015
Bölgələrdə dini maarifləndirmə ilə bağlı tədbirlər keçirilib
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Astara rayonu Pensər kəndi "Hacı Teymur Cümə" məscidi dini icmasının həyata keçirdiyi “Dini dözümlülük və tolerantlıq Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi kimi” layihəsi çərçivəsində Pensər kəndi 1 nömrəli orta məktəbdə yuxarı sinif şagirdlərinin iştirakı ilə növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Pensər kəndi "Hacı Teymur Cümə" məscidi dini icmasının sədri və imamı Fariz Veysəlov, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Hatəm Gülməmmədov, Pensər kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elşad Axundov, Pensər kəndi 1 nömrəli orta məktəbin direktoru Arif Əliyev, 2 nömrəli orta məktəbin direktoru Asif Əsədullayev və həmin məktəblərin yuxarı sinif şagirdləri iştirak ediblər.
Fariz Veysəlov "Milli-mənəvi dəyərlərimiz", Hatəm Gülməmmədov "Birgəyaşayış və dözümlülük anlayışı", Elşad Axundov "Dini radikalizmin törətdiyi fəsadlar" mövzuları üzrə məruzələrlə çıxış edərək tədbir iştirakçılarını məlumatlandırıblar.
***
***
Sentyabrın 22-də Biləsuvar şəhər “Cümə məscidi” dini icmasında “İslamda vəhdətin qorunması və təbliği” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev, DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Vüqar Əliyev, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Aydın Aliyev, bölgə şöbəsinin əməkdaşı Taleh Nuriyev, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Əlifağa Murtuzov, Qarabağ Veteranlar Şurasının sədri Bəhruz Əliyev, dini icma sədri Tarıverən Məmiyev,dini icmanın üzvləri, ağsaqqallar, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
“Cümə” məscidi dini icmasının sədri Tarıverən Məmiyev layihə barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən silsilə maarifləndirmə tədbirləri həyata keçirilir.Tədbirdə ekspert qismində iştirak edən Dövlət Komitəsinin şöbə müdiri Sadiq Mirzəyev layihə çərçivəsində çıxış edərək İslamda vəhdətin qorunması və təbliği haqqında geniş məlumat verib.
Aydın Alıyev keçirilən layihənin əhəmiyyətindən danışıb. Dövlət başçısının maarifləndirmə işləri aparmaq üçün icmalara maliyyə vəsaiti ayırmasını yüksək qiymətləndirib.
***
Sentyabrın 22-də Biləsuvar rayonu Bəydili kənd “Cümə məscidi” dini icmasında “Gənclərimizin dini radikal təsirlərdən qorunması” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev,DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Vüqar Əliyev, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Aydın Aliyev, bölgə əməkdaşı Taleh Nuriyev, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Əlifağa Murtuzov, dini icma sədri Abuzər Kərimov, dini icmanın üzvləri, ağsaqqallar, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
***
Sentyabrın 22-də Qusar şəhər “Mustafa Kazdal” məscidi dini icmasında “Dindarlar radikalizmə qarşıdır” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Qusar rayon İcra Hakimiyyətinin əməkdaşı Alif Məmmədov, “Mustafa Kazdal” məscidinin sədri Fəryəddin Rəhimxanov, dindarlar, ağsaqqallar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə məscidin dini icma sədri Fəryəddin Rəhimxanov açaraq bildirib ki, həyata keçirilən layihə 3 ay ərzində Qusar rayonunda icra olunmaqla geniş auditoriyada təbliğat aparılacaqdır.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev tədbirdə geniş məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi din sahəsində də ölkə vətəndaşları arasında düzgün təbliğat aparılmasına dəstək verməkdədir.




.jpg)