Bölgələrdə bir sıra layihələrin icrasına başlanılıb
Layihə çərçivəsində ilk tədbir Avaran kənd məscidində təşkil edilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbə müdiri Eynulla Nurullayev, Qusar rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Hacıyev, QMİ-nin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryəddin Rəhimxanov, Avaran kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Sabir Fərzəliyev, ağsaqqallar, dindarlar və eləcə də gənclər iştirak ediblər.
DQİDK-nın Quba bölgəsi üzrə şöbə müdiri E. Nurullayev çıxış edərək , İslamın sülh, əmin-amanlıq və təmkinlilik dini olduğunu, respublikamızda bütün dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığını vurğulayıb .
***
Fevralın 11-də Şəmkir “Cümə” məscidi dini icmasının “Radikalizm və ekstremizmin törətdiyi fəsadlar layihəsi” çərçivəsində Şəmkir şəhərində tədbir keçirilib. Tədbiri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Eldəniz Vəliyev açaraq, dini radikalizmin dünyada , o cümlədən regionda ciddi fəsadlara yol açdığını qeyd edib.
DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Əliyev isə çıxışı zamanı radikalizmə qarşı mübarizədə maarifləndirmənin rolundan bəhs edib. Daha sonra çıxış edən natiqlər bu cür tədbirlərin əhəmiyyətindən bəhs ediblər.
.jpg)
.jpg)