Bölgələrdə 28 May – Respublika Günü ilə bağlı silsilə tədbirlər keçirilib
28 May – Respublika Günü münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbələri tərəfindən onlayn formatda silsilə tədbirlər keçirilib. Belə ki, mayın 26-da DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin Yardımlı Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi, Masallı Dövlət Regional Kolleci və Gənclərin İnkişaf və Karyera mərkəzinin Yardımlı nümayəndəliyi ilə, Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin Zərdab rayon Heydər Əliyev Mərkəzi ilə, eləcə də mayın 27-də DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin Saatlı Rayon İcra Hakimiyyəti və “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsi, Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin Yevlax Şəhər İcra Hakimiyyəti və YAP Yevlax rayon təşkilatı, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə keçirdiyi tədbirlərdə 28 May gününün Azərbaycanın tarixində şanlı səhifə açdığı vurğulanıb.
O da bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub. AXC türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Diqqətə çatdırılıb ki, 1991-ci ildə Sovet İmperiyası dağıldıqdan sonra yeni tarixi prosesdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında dövlət müstəqilliyimiz bərpa olundu. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan demokratik bir dövlət olaraq sürətlə inkişaf edir.




