Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.01.2020

Bölgələrdə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Yanvarın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lerik Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə tədbirlər keçirilib.

Lerik şəhər “Cümə” məscidi və Lənkəran rayonu Kənarmeşə kənd “Bağıroba” məhəllə məscidində baş tutan tədbirlərdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Azər Həsənov, Emin Həmidli, Tacəddin Sadıqov, Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, QMİ-nin Lerik rayonu üzrə səlahiyyətli nümayəndəsi İlham Əliyev, Kənarmeşə kənd məscidinin İmamı Nadir Nabatov, dini icmanın sədri Rasif Babayev, dini icma sədrləri və din xadimləri iştirak edib. 

Tədbirlər şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi və ruhlarına Qurani-Kərimdən ayələrin oxunması ilə başlanıb. 

Çıxışlar zamanı İslam dinində şəhidlik məqamının ucalığından bəhs edilərək Vətən uğrunda canından keçən şəhidlərimizin hər zaman qəlbimizdə yaşayacağı qeyd edilib. 1990-cı ilin 20 yanvarında baş verən faciəvi hadisələrə ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymətin verildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.