Bölgələrdə 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım mərasimində DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev çıxış edərək bildirib ki, ötən illər ərzində xalqımız bu hadisəni unutmayıb və hər il şəhidlərimizin əziz ruhu dərin ehtiramla yad edilir. Şöbə müdiri Sovet imperiyasının Bakı qırğınını törətməklə azərbaycanlılara qarşı cinayət işlətdiyini söyləyib.Digər natiqlər də 20 Yanvar faciəsindən danışaraq bildiriblər ki, bu faciə bütün azərbaycanlılar üçün milli azadlıq uğrunda qəhrəmanlıq rəmzidir.
****
Yanvarın 19-da Zaqatala rayonunda Zaqatala-Balakən Bölgə Qazılığı və DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsi tərəfindən “20 Yanvar faciəsi” adlı tədbir təşkil edilib. Rayonda fəaliyyət göstərən din xadimləri, dini icma sədrləri və imamların iştirak etdiyi tədbirdə Zaqatala RİH-nın məsul əməkdaşı İlqar Vəliyev, Bölgə qazısı İbrahim İbrahimov və Zaqatala şöbəsinin müdiri Mehman İsmayılov mövzu ətrafında çıxışlar ediblər. Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin ruhuna dualar oxunub, Qurani-Kərim tilavət edilib.
****
Yanvarın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi tərəfindən 20 Yanvar faciəsinə həsr edilmiş anım tədbiri keçirilib. Tədbirdə çıxış edən DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev bildirib ki, Azərbaycan xalqı bu qanlı tarixi heç zaman unutmayacaq. O vurğulayıb ki, 20 Yanvar xalqımızın tarixində həm hüzn günü kimi, həm də qürur və iftixar hissi ilə xatırlanacaq.
Daha sonra çıxış edən şöbənin əməkdaşı Ramin Xudayev 1990-cı ilin 20 yanvarında keçmiş Sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin kollektivi və rayonun bir qrup din xadimi Quba rayon Şəhidlər Xiyabanına gələrək şəhidlərimizin məzarını ziyarət ediblər.
