Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.06.2016

Bölgələlərdə layihələr uğurla icra olunur

İyunun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Füzuli rayon Horadiz şəhəri "Əhli-Beyt" məscidi dini icması tərəfindən Füzuli rayonu Qazaxlar kənd tam orta məktəbində “Qəhrəmanlar unudulmur!” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib.Tədbirdə Füzuli Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşı Mehdixan Zeynalov,Füzuli rayonu Horadiz şəhər "Əhli-Beyt" məscidi dini icmasının sədri Rafiq İmanov, Füzuli rayonu Horadiz şəhər "Əhli-Beyt" məscidinin axundu Nəriman Nəsirov, icma üzvləri, dindarlar və ziyalılar iştirak ediblər.
Tədbiri Füzuli Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev açaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dinə göstərdiyi qayğıdan, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərindən bəhs edib.
Daha sonra Füzuli rayonu Horadiz şəhər "Əhli-Beyt" məscidi dini icmasının sədri Rafiq İmanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Füzuli rayonu Horadiz şəhər "Əhli-Beyt" məscidinin axundu Nəriman Nəsirov, Qazaxlar kənd sakini Əlif Şirinov mövzu ilə bağlı çıxışlar ediblər.