31.05.2016
Binəqədidə “Zərərli vərdişlərə qarşı mübarizədə milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Mayın 31-də Binəqədi rayonu 246 nömrəli məktəb-liseydə “Zərərli vərdişlərə qarşı mübarizədə milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Novruz Nuriyev və Nurlan Əzizov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov, 246 nömrəli məktəb-liseyin direktoru Almaz Bayramova, 20 saylı Uşaq Poliklinikasının həkimi Maya Aydəmirova, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan 246 nömrəli məktəb-liseyin direktoru Almaz Bayramova məruzəsində iştirakçılara tədbirin önəmi barədə məlumat verib.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov milli-mənəvi dəyərlərin qorunmasında dövlət siyasətinin rolu və gənclərin üzərinə düşən vəzifələrdən danışaraq bu dəyərlərin qorunmasının vacibliyi haqqında söhbət açıb. Tədbirdə gənclərin diqqətinə çatdırılıb ki, Azərbaycanda gənc nəslin milli ruhda tərbiyə olunması məsələsi Ulu Öndər Heydər Əliyev tərəfindən əsas vəzifələrdən biri kimi irəli sürülmüşdür.
20 saylı Uşaq Poliklinikasının həkimi Maya Aydəmirova çıxışında gənclərə sağlam həyat tərzinə həvəsli olmağı, zərərli və psixotrop maddələrdən uzaq olmağı və müasir təbliğat vasitələri ilə reklam olunan zərərli vərdişlərdən uzaq olmağı tövsiyə edib.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Novruz Nuriyev multikulturalizm və milli-mənəvi dəyərlərimiz arasında olan sıx bağlılığın tarixi köklərə dayandığını qeyd edib. Gənclərin diqqətinə zərərli vərdişlərə qarşı mübarizədə, cəmiyyətdə mənfi meyillərin aradan qaldırılmasında əxlaqi dəyərlərin, düzgün şəkildə dünyəvi və dini savadlanmanın rolunun böyük olduğu çatdırılıb.
Tədbirin sonunda şagirdlərlə fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.
.jpg)