Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.11.2025

Binəqədidə “Zəfərin Qəhrəmanları: Şəhidlər və Qazilər” mövzusunda tədbir təşkil olunub

Noyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılğı ilə Binəqədi rayon məktəb-liseyində “Zəfərin Qəhrəmanları: Şəhidlər və Qazilər” mövzusunda tədbir təşkil olunub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov qeyd edib ki, gənclərin milli ruhda tərbiyə alması dövlətimizin mənəvi dayaqlarının möhkəmlənməsinə xidmət edir. O, həmçinin şəhid ailələrinə və qazilərə göstərilən diqqətin bu istiqamətdə xüsusi önəm daşıdığını bildirib. Natiq gəncləri xalqa, dövlətə və mənəvi dəyərlərə daim sadiq olmağa çağırıb.
Dövlət Komitəsinin Dini məsələlər şöbəsinin müdir müavini Samir Yoldaşov vurğulayıb ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu güclü dövlətçilik və ordu quruculuğu siyasətinin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu xalqımızın birliyini və milli ruhunu bütün dünyaya nümayiş etdirdi. S.Yoldaşov bildirib ki, bu Qələbə şəhid və qazilərimizin misilsiz qəhrəmanlığı sayəsində mümkün olub.
Dövlət Komitəsinin Bakı regional bölməsinin aparıcı məsləhətçisi Rəşadət Hidayətov çıxışında bildirib ki, 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə xalqımızın birliyinin, igid övladlarımızın qəhrəmanlığının və dövlətimizin gücünün parlaq təzahürüdür. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi ordu quruculuğu xətti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ən yüksək səviyyədə davam etdirilir. R. Hidayətov vurğulayıb ki, Müzəffər Ordumuzun hər bir qələbəsi şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və xalqın sarsılmaz iradəsi üzərində qurulub.
Binəqədi Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Qafqaz Müsəlmanları İdarəsinin Binəqədi rayonu üzrə qazısı Rəfail Abbasov, İdrak liseyinin əməkdaşı İdris Alışov, Vətən müharibəsi qazisi Ruslan Şıxıyev və başqaları milli həmrəylik və qəhrəmanlığın əhəmiyyətindən danışıblar. Gənclərin bu dəyərləri mənimsəməsinin önəmini qeyd ediblər. Eyni zamanda Azərbaycançılıq ideyası, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasının, inkişaf etdirilməsinin vacibliyindən bəhs edilib və İslamda şəhidlik anlayışı haqqında geniş məlumat verilib.
Tədbirin sonunda lisey şagirdlərinin təqdimatında bədii hissə nümayiş olunub, vətənpərvərlik ruhunda mahnı və şeirlər səsləndirilib, milli rəqslər ifa edilib.
Qeyd edək ki, tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşları, dövlət qurumlarının nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri və din xadimləri iştirak ediblər.