Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.11.2019

Binəqədidə “Vəhdət qanımızdadır” adlı maarifləndirici tədbir keçirilib

Noyabrın 26-da Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə  306 nömrəli tam orta məktəbdə “Vəhdət qanımızdadır” adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov, Binəqədi RİH başçısı yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, məktəbin müəllim və şagird heyəti  iştirak ediblər.

Çıxışlar zamanı vurğulanıb ki, dövlətin dinə diqqət və qayğısı olduğu kimi inanclı, dindar vətəndaşların da dövlətin qanunlarına, digər dinlərə hörmətlə yanaşması və tolerantlıq amilinin hər yerdə qabardılması cəmiyyətin sabitliyini təmin edir. Qeyd edilib ki, İslam bir din olaraq fərdin və cəmiyyətin islahını nəzərə alaraq vəhdətə önəm verir, müsəlmanları vəhdətə dəvət edir. Bildirilib ki, dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin dünyada geniş yayıldığı bir dövrdə ölkəmizdə bir çox məscidlərdə vəhdət namazının qılınması bəşəriyyətə bir sülh mesajıdır. 

Tədbirdə  “Vəhdət qanımızdadır” sənədli  filmi nümayiş etdirilib.