Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
02.11.2017

Binəqədidə “Şəhadət” sənədli filmi nümayiş olunub

Noyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Binəqədi rayonu 284 saylı orta məktəbdə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Samir Yoldaşov, Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev, məktəbin direktoru Nizami Novruzov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nizami Novruzov  dini radikalizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edən “Şəhadət” sənədli filminin radikalizmə qarşı mübarizədə önəmli təsir gücünə malik olduğunu bildirib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Samir Yoldaşov çıxışında dünyada dini dözümsüzlük və islamofobiyanın artması nəticəsində ölkələrin, cəmiyyətlərin insanlıq faciəsi ilə üzləşdiyi bir zamanda ölkəmizdə islami dəyərlərin qorunması və təbliğinin, sülh şəraitində birgəyaşayışın, multikultural dəyərlərin daha da möhkəmləndiyini diqqətə çatdırıb.
Binəqədi RİH başçısı Aparatının nümayəndəsi Şəmsi Gülverdiyev Prezident cənab İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının olduqca əhəmiyyətli, zamanın çağırışlarına cavab verən mühüm bir addım olduğunu və keçirilən bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edib.
Daha sonra “Şəhadət” sənədli filmi nümayiş olunub.
Filmin nümayişindən sonra müəllim və şagirdləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.