Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.12.2017

Binəqədidə növbəti maarifləndirmə tədbiri keçirilib

Dekabrın 20-də Binəqədi Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Binəqədi rayonu R.Əliyev adına 3 saylı tam orta məktəbində “İslam həmrəyliyi ili” çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilib. Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Samir Yoldaşov və Fidan Aslanova, Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev, məktəbin direktoru Natəvan Əsədova, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Natəvan Əsədova mövzunun əhəmiyyətindən danışıb. DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin baş məsləhətçisi Samir Yoldaşov çıxışında müqəddəs dinimiz İslamın xalqımızı birləşdirən, həmrəy edən ali dəyər olduğunu diqqətə çatdırıb. Natiq İslamın mənəvi tərbiyə üçün faydalı olan prinsiplərindən danışıb. DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin məsləhətçisi Fidan Aslanova bildirib ki, müsəlman ölkələrinin, xalqlarının sülh, sabitlik şəraitində yaşaması üçün Azərbaycan İslam dünyasının vəhdətinə, həmrəyliyinə böyük önəm və tövhələr verir. Tədbirdə çıxış edən Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev dini maarifləndirmə tədbirlərinin əhəmiyyətini xüsusi vurğulayaraq, bu sahədə görülən işlərdən və həyata keçirilən layihələrdən söz açıb.
Daha sonra “Şəhadət” sənədli filmi nümayiş olunub.