Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.10.2019

Biləsuvarda “Uşaqları dini fanatizm və radikalizm təhlükəsindən qoruyaq” mövzusunda tədbir keçirilib

Oktyabrın 21-də Biləsuvarda “Uşaq hüquqları aylığı” çərçivəsində Biləsuvar Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsi, Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Uşaqları dini fanatizm və radikalizm təhlükəsindən qoruyaq”  mövzusunda tədbir keçirilib. Tədbirdə Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Mülazim Rzayev, Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul işçisi Zaur Şahbazov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuruyev, habelə rayon gəncləri, məktəb şagirdləri iştirak ediblər.                    

Çıxışlarda dövlətin uşaqlara qayğısı, onların təlim və tərbiyəsinə verilən önəm barəsində danışılıb, ölkəmizdə “Uşaq Hüquqları Haqqında” Qanunun müvafiq müddəalarının tətbiqi barədə geniş məlumat verilib.

Təbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.