Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
09.06.2017

Biləsuvarda “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

İyunun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsi, Biləsuvar Rayonu İcra Hakimiyyəti və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə rayonun 2 saylı tam orta məktəbində “İnsan hüquqları aylığı” çərçivəsində   tədbir keçirilib.
Tədbirdə 2 saylı tam orta məktəbin direktor müavini Gülverdi Əsgərov, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuriyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan 2 saylı tam orta məktəbin direktor müavini Gülverdi Əsgərov keçirilən tədbirin əhəmiyyətindən danışıb.
Daha sonra DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuriyev Azərbaycanda insan hüquq və azadlıqlarına ayrılan diqqət və qayğıdan söhbət açıb. Eyni zamanda insan hüquqlarının və azadlıqlarının mahiyyətindən, onların pozulması və qarşısının alınması yollarından bəhs edib.
 Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.