Biləsuvarda “Gənclər arasında erkən nikah hallarına qarşı mübarizə” mövzusunda onlayn tədbir keçirilib
Aprelin 16-da Dini Qurumlarla İş üzrə Dovlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsi və Biləsuvar rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gənclər arasında erkən nikah hallarına qarşı mübarizə" mövzusunda onlayn konfrans keçirilib. Konfransada Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuruyev, rayonun din xadimləri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və qızların məcburi ailə qurması və birgə yaşamasıdır. Bildirilib ki, erkən yaşda qurulan nikahlar 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına mənfi təsir göstərir. O da qeyd olunub ki, bu kimi hallar öz növbəsində gələcəkdə ailədaxili zorakılıq hallarını ortaya çıxarır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

