Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.10.2016

Biləsuvarda "Dünyəvi dövlətdə din: Azərbaycan modeli" mövzusunda seminar-treninq keçirilib

Oktyabrın 26-da Biləsuvar rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Biləsuvar Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə ''Dünyəvi dövlətdə din: Azərbaycan modeli'' mövzusunda seminar-treninq təşkil olunub.
Tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov və baş məsləhətçisi Vüqar Hümbətov, Şirvan bölgəsi üzrə şöbənin müdiri Azər Sadıqov və məsləhətçisi Taleh Nuriyev, Biləsuvar RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı, dini icma sədrləri, ağsaqqallar, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Biləsuvar RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı dövlətimizin dinə qayğısından, ölkəmizdə mövcud olan tolerant mühitdən söz açıb.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov dini ekstremizm, radikalizmdən və onun fəsadlarından, radikalizmə qarşı mübarizədə maarifləndirici, profilaktik tədbirlərin görülməsinin vacibliyindən, dövlət-din münasibətlərindən, ölkəmizdə mövcud qeyri-ənənəvi dini cərəyanların fəaliyyətindən, onlara qarşı mübarizə üsullarından danışıb.
DQDİK-nın Dini qurumlarla iş üzrə şöbəsinin baş məsləhətçisi Vüqar Hümbətov isə çıxışında günü-gündən hərtərəfli inkişaf edən dövlətimizin dinə qayğısından, milli-mənəvi dəyərlərimizin bir parçası olan tolerant və multikultural ənənələrimizin qorunması üçün görülən işlərdən söhbət açıb.
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.