17.02.2018
Biləsuvarda dini ekstremizmə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib
Fevralın 16-da Biləsuvar rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsi və Biləsuvar rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Dini ekstremizm və ayrı-seçkilik çağırışlarına qarşı gənclərin səfərbər edilməsi, onlar arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliğ edilməsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbənin əməkdaşı Taleh Nuruyev, Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov, DTX-nın Biləsuvar rayon şöbəsinin əməkdaşı Səfər Məmmədov, Təhsil şöbəsinin əməkdaşı Ağamməd Caniyev, rayonun fəal gəncləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov toplantının əhəmiyyəti və mövzunun aktullağı barədə gənclərə geniş məlumat verib. Çıxış edən qonaqlar hazırda respublikamızda dövlət siyasətinə çevrilmiş “İslam həmrəyliyi” ideyası, onun mahiyyəti və müasir beynəlxalq aləmdə bu sahədə görülmüş işlər haqqında ərtaflı bəhs ediblər. 2017-ci ilin məhz “İslam Həmrəyliyi ili” elan olunmasının təsadüfi olmadığını və bu ideyanın dünyada dinlərarası dialoqa böyük töhvə verdiyini qeyd ediblər.
Mövzu ilə əlaqədar iştirakçıların sualları cavablandırıldıqdan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə ərsəyə gəlmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.