Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.08.2021

Biləsuvarda “Azərbaycan xalqının tolerantlıq ənənəsi sülhün və birgəyaşayışın mühüm şərtidir” mövzusunda tədbir keçirilib

Avqustun 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsi və Biləsuvar rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan xalqının tolerantlıq ənənəsi sülhün və birgəyaşayışın mühüm şərtidir" mövzusunda onlayn konfrans keçirilib. Konfransada rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuruyev, Gənclər və İdman İdarəsinin əməkdaşları iştirak ediblər.

Çıxışlarda bildirilib ki, İslam dünyasının bir hissəsi olan Azərbaycanda tarixən müxtəlif dinlərin və məzhəblərin nümayəndələri sülh şəraitində yaşamış, hər hansı bir diskriminasiya halı ilə qarşılaşmayıblar. Fəxrlə deyə bilərik ki, ölkəmiz tarixən üç səmavi dinin nümayəndələrinin dostluq şəraitində yaşadığı və dini zəmində heç bir qarşıdurmanın yaşanmadığı məkandır. Natiqlər onu da vurğulayıblar ki, Azərbaycan müsəlman dünyasında da müxtəlif İslam məzhəblərinin nümayəndələri arasındakı qardaşlıq münasibətləri baxımından öz nümunəvi təcrübəsi ilə seçilir. Belə ki, İslamın iki böyük məzhəbinin nümayəndələri tarixən ölkəmizdə məzhəbçilik qəliblərini aşaraq, qardaşlıq şəraitində yaşamış və yaşamaqda davam edirlər.

Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.