14.04.2017
Biləsuvar rayonunda “İslamda sosial ədalət və həmrəylik” mövsusunda tədbir keçirilib
Aprelin 14-də “İslam Həmrəyliyi İli” elan olunması ilə bağlı Biləsuvar Rayonu İcra Hakimiyyəti, Biləsuvar rayon Gənclər və İdman İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “İslamda sosial ədalət və həmrəylik” adlı dəyirmi masa keçirilib.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Zaur Şahbazov, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuriyev, Biləsuvar rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Mülazim Rzayev və rayon gəncləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Biləsuvar Rayon İcra Hakimiyyətinin nümayəndəsi Zaur Şahbazov cari ilin “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətindən, keçirilən maarifləndirici tədbirlərin effektivliyindən danışıb.
Daha sonra DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuriyev Azərbaycanda tolerantlıq ənənəsinin köklərindən, ölkəmizin İslam həmrəyliyindəki rolundan və mövcud dini durumdan söhbət açıb.
Ardınca çıxış edən Biləsuvar rayonu Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Mülazim Rzayev Azərbaycanın bu gün uğurla dünyaya inteqrasiyasından, ölkəmizin beynəlxalq arenalardakı nüfuzundan danışıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.