28.11.2017
Biləsuvar rayonu Heydər Əliyev mərkəzində “Şəhadət” sənədli filmi nümayiş olunub
Noyabrın 28-də Biləsuvar rayonu Heydər Əliyev mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuriyev, Biləsuvar Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Biləsuvar RİH başçısı Aparatının nümayəndəsi Kamil Qurbanlı filmin əhəmiyyətindən danışaraq bildirib ki, film dini radikalizmə qarşı mübarizə istiqamətində çəkilib və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyətə malikdir. O, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin qəhrəmanlıqlarına həsr olunan filmdə dini radikalizmin törətdiyi fəsadların diqqətə çatdırıldığını bildirib. Natiq onu da vurğulayıb ki, Vətənimiz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda zaman-zaman xalqımızın igid oğulları öz canlarını qurban verib və şəhidlik zirvəsinə ucalıblar.
Təəssüflər olsun ki, son zamanlar dünyada meydana gələn dini radikalizm, ekstremizm kimi mənfi meyillər Azərbaycandan da yan keçməyib. Radikal dini təriqətlərin təsiri altına düşən insanlar ailələrini, doğma torpaqlarını ataraq silahlı münaqişələrə qoşulub və əksəriyyəti də məhv olublar.
Təəssüflər olsun ki, son zamanlar dünyada meydana gələn dini radikalizm, ekstremizm kimi mənfi meyillər Azərbaycandan da yan keçməyib. Radikal dini təriqətlərin təsiri altına düşən insanlar ailələrini, doğma torpaqlarını ataraq silahlı münaqişələrə qoşulub və əksəriyyəti də məhv olublar.
Son bir neçə ildə DQİDK tərəfindən dini radikalizmə qarşı fəal və məqsədyönlü maarifləndirmə işlərinin aparıldığını qeyd edən natiq bu baxımdan Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Şəhadət” sənədli filminin böyük əhəmiyyətə malik olduğunu deyib.
Daha sonra “Şəhadət” sənədli filmi nümayiş olunub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
.jpg)
.jpg)
.jpg)