09.01.2015
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) nümayəndə heyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olub
Komitənin sədri Mübariz Qurbanlı ilə görüşdə Fondun rəhbəri Umud Mirzəyev Azərbaycanda tolerantlığın ən yüksək formada mövcud olmasından danışıb. O bildirib ki, Azərbaycan multikultural dövlət olduğu üçün ölkəmizdə müxtəlif mədəniyyətləri təmsil edən nümayəndələr vahid ideya ətrafında birləşiblər. Bu sahədə Dövlət Komitəsinin uğurlu fəaliyyətinə toxunan U.Mirzəyev qurumun vətəndaş cəmiyyəti təmsilçiləri ilə əməkdaşlığının perspektivlərindən söhbət açıb.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, 2014-cü il Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, xarici ölkələrlə əlaqələrinin genişləndirilməsi, dövlətimizin hərbi qüdrətinin artması baxımından ən uğurlu il olub. Həmin ildə dövlət və din münasibətlərində də əsas məsələlər öz həllini tapıb. Ölkədə radikal qrupların öz fikirlərini və ideyalarını yaymaq cəhdləri iflasa uğrayıb.
M.Qurbanlı diqqətə çatdırıb ki, Komitə 2015-ci il üçün böyük bir plan tərtib edib. Bu plan əsasən dövlət-din, dövlət-din-cəmiyyət və cəmiyyətdə fərdlərarası münasibətləri və dini məsələləri, dini icmalar və onların fəaliyyətini, Azərbaycanda dini maarifləndirmə və digər sahələri əhatə edir. Komitə bütün qurumlarla, o cümlədən vətəndaş cəmiyyəti təmsilçiləri ilə Azərbaycanda milli mənəvi dəyərlərin təbliği üçün birgə tədbirlərin keçirilməsində maraqlıdır. Çünki bu tədbirlərin əsas məqsədi milli adət-ənənələrin qorunmasının təmin olunması və inkişaf etdirilməsindən ibarətdir.