02.02.2016
Beyləqanda “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib
Respublikanın regionlarında dini ekstremizm və radikalizm meyillərinin qarşısının alınması məqsədi ilə dini maarifləndirmə işi davam etdirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Beyləqan rayonu Qarallar kənd məscidi dini icmasının həyata keçirdiyi “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Cavanşir Bəhrəmov, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ələkbər Quliyev, dini icmanın sədr müavini Telman Quliyev, dindarlar, dini icma üzvləri, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Cavanşir Bəhrəmov erkən nikahın səbəbləri, nəticələri və bu problemlərlə bağlı digər bir sıra məsələlərdən bəhs edib. Gələcək ailələrin sağlam təməllər üzərində qurulmasında gənclərin böyük rolunun olduğunu, erkən nikahların daha çox bilgisizlikdən, cəhalətdən irəli gəldiyini qeyd edib.
Beyləqan rayonu Qarallar kənd məscidi dini icmasının sədr müavini Telman Quliyev dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib. Erkən nikahın cəmiyyətdə törətdiyi fəsadlara toxunaraq nikahlarla bağlı Qafqaz Müsəlmanları İdarəsinin fətvasının olduğunu, rəsmi nikah şəhadətnaməsi olmadan dini kəbinlərin kəsilməsinin yolverilməzliyini qeyd edib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədbir iştirakçılarına kitablar paylanılıb.

.jpg)
.jpg)