Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.12.2017

Beyləqanda “Dini və milli kimliyimizin vəhdəti” mövzusunda tədbir keçirilib

Dekabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Beyləqan rayonu Qarallar kənd məscidi dini icması tərəfindən “İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində” layihəsi çərçivəsində “Dini və milli kimliyimizin vəhdəti” mövzusunda maarifləndirici tədbir keçirilib. 
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Beyləqan rayonu Qarallar kənd məscidi dini icmasının sədri Səbuhi İbadov, dini icma üzvləri, ağsaqqallar, kənd ziyalıları və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə Beyləqan rayonu Qarallar kənd məscidi dini icmasının sədri Səbuhi İbadov açaraq, ölkəmizdə həmrəylik, sülh və vəhdətin mövcudluğu şəraitində səmavi dinlərin və məzhəblərin nümayəndələrinin bir-birinə qarşılıqlı hörmət və ehtiram göstərdiyini, mehribanlıq mühitində yaşadığını vurğulayıb.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov dövlət-din münasibətlərinin tənzimlənməsi və dini maarifləndirmə sahəsindəki fəaliyyətdən danışıb. O, tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, tarixin bütün dövrlərində Azərbaycan ərazisində müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin nümayəndələri rahat şəkildə yaşayıb və heç zaman dini zəmində münaqişə baş verməyib. O, həmçinin, qeyd edib ki, hazırda bəzi müsəlman ölkələrində cərəyan edən hadisələr dini radikalizmdən və məzhəblərarası tolerantlığın olmamasından qaynaqlanır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən nəşr edilən maarifləndirici ədəbiyyatlar paylanılıb.