Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.12.2015

Beyləqanda “Dini radikalizm və onunla mübarizə üsulları” layihəsi çərçivəsində tədbir keçirilib

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dekabrın 11-də Beyləqan rayonunun Qarallar kənd məscidi dini icmasında “Dini radikalizm və onunla mübarizə üsulları” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Hüquq və qeydiyyat şöbəsinin əməkdaşı Bəhruz Müslümov, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov və şöbənin əməkdaşları, Qarallar kənd məscidi dini icmasının sədri, Beyləqan Rayon İcra Hakimiyyətinin Qarallar kəndi üzrə nümayəndəsi, icma üzvləri,  dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Hüquq və qeydiyyat şöbəsinin əməkdaşı Bəhruz Müslümov Prezident İlham Əliyevin 27 Noyabr 2014-cü il tarixdə imzaladığı Sərəncama əsasən ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsi məqsədilə  ayrılmış maliyyə vəsaitinin əhəmiyyətindən danışıb. O, bildirib ki, bu gün xalqımızın zəngin tolerantlıq ənənələrinin qorunub daha da inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov çıxış edərək, radikalizmi yaradan səbəblərdən və onların aradan qaldırılması istiqamətində aparılan çoxşaxəli tədbirlərdən danışıb.
Tədbirdə çıxış edən iştirakçılar Azərbaycanda tolerantlığın inkişafı, multikultural həyat tərzi, dinlər və məzhəblərarası münasibətlərin yüksək  dostluq şəraitində inkişafına göstərilən diqqətdən danışıblar.