21.10.2016
Bərdədə “Terrorçuluğa və dini ekstremizmə qarşı mübarizə” mövzusunda konfrans keçirilib
Oktyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bərdə Rayon İcra Hakimiyyəti və Dövlət Təhlükəsizliyi Xidmətinin Bərdə rayon şöbəsinin birgə təşkilatçılığı ilə Bərdə rayonu 5 saylı orta məkəbdə “Terrorçuluğa və dini ekstremizmə qarşı mübarizə” mövzusunda konfrans keçirilib.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin, Bərdə Rayon İcra Hakimiyyətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin Bərdə rayon şöbəsinin və hüquq-mühafizə orqanlarının əməkdaşları, dini icma sədrləri, dindarlar, şəhərin təhsil, mədəniyyət və səhiyyə işçiləri iştirak ediblər.
Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, İcra Hakimiyyəti başçısı yanında Dini işlər üzrə komissiyanın sədri Vahid Qarayev konfransı giriş sözü ilə açaraq tədbirin keçirilməsinin məqsədi barədə danışıb.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Rahib İbrahimov “Dini ekstremizmə və dini radikalizmə qarşı mübarizədə dini qurumların rolu” mövzusunda çıxış edib. Rahib İbrahimov Azərbaycanda müxtəlif dini etiqadlara bərabərhüquqlu şərait yaradılmasından, ölkəmizdə İslami dəyərlərlə tolerant dəyərlərin mükəmməl səviyyədə uzlaşdırılmasından bəhs edib. Natiq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ekstremizmə qarşı apardığı mübarizə çərçivəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verib və dini icmaların bu sahədə müvafiq dövlət orqanları ilə əməkdaşlığının əhəmiyyətini vurğulayıb.
Konfransda çıxış edən DTX-nın Bərdə şöbəsinin rəisi Məzahir Xəlilov dini ekstremizmə və terrorçuluğa qarşı mübarizə metodlarından, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilməkdə olan tədbirlər barədə danışıb.
Konfransda Bərdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini-dini işlərin təşkilatçısı Eldəniz Səfərov, Bərdə şəhər Cümə məscidinin axundu Ramazan Hüseynov, Bərdə şəhər 5 saylı orta məktəbin direktoru mövzu ilə bağlı çıxışlar ediblər.
Çıxış edən natiqlər cəmiyyətin də bu sahədə maarifləndirilməsinin, ekstremizmə və terrorçuluğa qarşı mübarizədə rolunun artırılmasının əhəmiyyətindən bəhs ediblər.

.jpg)
