Bərdədə regional müşavirə keçirilib
Oktyabrın 25-də Gənclər və İdman Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə gənclər arasında dini radikalizmin profilaktikasına həsr olunmuş regional müşavirə keçirilib. Tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev, Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Ağdam, Xocalı, Tərtər, Naftalan, Ağcəbədi, Goranboy rayon Gənclər və İdman idarələrinin nümayəndələri və fəal gənclər iştirak ediblər.
Çıxışlarda dini radikalizmin yaranma səbəbləri, ona qarşı mübarizə üsulları, gənclərin ekstremizmdən qorunması yollarından danışılıb. Dini radikalizmə qarşı mübarizədə maarifləndirmənin əhəmiyyəti də vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


