Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
01.02.2018

Bərdədə "Şahadət" filmi nümayiş olunub

Fevralın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi Bərdə şəhər 5 saylı tam orta məktəbində nümayiş etdirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov və məktəbin direktoru Teymur Həmidov başda olmaqla məktəbin müəllim və şagird heyəti iştrak edib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Teymur Həmidov qeyd edib ki, pedaqoji prosesdə gənclərimiz milli ruhda tərbiyə olunurlar. Onlar milli dəyərlərimizi, milli ənənələrimizi, yaxşı bilir və qoruyurlar. Teymur Həmidov həmçinin DQİDK-nın maarifləndirmə çərçivəsində həyata keçirdiyi tədbirlərin əhəmiyyətindən də  bəhs edib.
Mövzu ilə bağlı çıxış edən Dövlət Komitəsinin əməkdaşı Rahib İbrahimov “Şəhadət” sənədli filminin mahiyyəti və əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib. O bildirib ki, "Şəhadət" sənədli filmi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Filmdə şəhid qəhrəmanlarla yanaşı, dini fanatizm və radikalizm təsirinə məruz qalaraq bir sıra xarici ölkələrdə ekstremist - terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs olunur.
Daha sonra “Şəhadət” sənədli filmi nümayiş etdirilib.  
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən nəşr edilən maarifləndirici ədəbiyyatlar paylanılıb.