27.10.2017
Bərdədə "Şahadət" filmi nümayiş olunub
Oktyabrın 27-də Bərdə rayon 1 saylı Musiqi məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” filmi nümayiş etdirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov, Bərdə rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Aydın Qasımov, QMİ-nin Qarabağ bölgəsi üzrə qazısı Ramazan Hüseynov, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşı Vüsalə Əzimova, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktor müavini Xosrov Musayev, kollecin tələbələri və 1 saylı Musiqi məktəbinin müəllim və şagird heyəti iştrak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov Komitənin sifarişi ilə çəkilmiş “Fitnə”, “Vandalizm”, o cümlədən “Şəhadət” filmləri barədə məlumat verib. Natiq eyni zamanda, Vətən, müstəqillik uğrunda canından keçmiş şəhidlərimizin hər bir gəncə örnək olduğunu bildirib.
Daha sonra “Şəhadət” filmi nümayiş olunub. Filmin nümayişindən sonra Bərdə Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Aydın Qasımov, Bərdə RPŞ-nin əməkdaşı Vüsalə Əzimova və başqaları çıxış edərək film barədə ilə təəssüratlarını bölüşüblər.
.jpeg)

.jpeg)