Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.02.2017

Bərdədə “Narkomaniya və dini radikakizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Fevralın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsi  və Bərdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizə və dini radikalizm” mövzusunda Bərdə rayonu 8 saylı orta məktəbdə tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov, Bərdə RPŞ-nin rəisi polis polkovnik-leytenantı İlqar Məmmədov və şöbənin əməkdaşları, Bərdə şəhər “Cümə” məscid axundunun müavini Elçin Əliyev, 8 saylı orta məktəbin direktoru Qəmbər Ağayev, eləcə də məktəbin müəllim və şagird heyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bərdə RPŞ-nin rəisi  İlqar Məmmədov istər narkomaniya, istərsə də dini radikalizmə qarşı mübarizə çərçivəsində görülən tədbirlərdən bəhs edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov dini radikalizmin mahiyyəti, yayılma metodları barədə tədbir iştrakçılarına məlumat verib və xüsusilə gəncləri dini radikalizmdən qorumağın vacibliyini qeyd edib.
Daha sonra RPŞ-nin əməkdaşları Yaqub İsmayılov, Zaur Nəsirov, 8 saylı orta məktəbin direktoru Qəmbər Ağayev mövzu ilə əlaqədar çıxış ediblər.
Çıxış edən natiqlər ölkəmizdə dinlərarası münasibətlərin yüksək səviyyədə olması, hər kəsin dini etiqad azadlığının təmin olunması, dövlətin bu sahədə yürütdüyü siyasət nəticəsində multikulturalizm və tolerantlığın xalqımızın həyat tərzinə çevrilməsi və bunun dini radikalizmə qarşı mübarizədə əhəmiyyətindən bəhs ediblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.