20.10.2016
Bərdədə “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda konfrans keçirilib
Oktyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bərdə rayonu Zərifə Əliyeva adına orta məkəbdə “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda konfrans keçirilib.
Konfransda DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev və Komitənin əməkdaşları, dini icma sədrləri, dindarlar, şəhərin təhsil və mədəniyyət işçiləri, yeniyetmə və gənclər iştirak ediblər.
Konfransı giriş sözü ilə Bərdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov açaraq rayondakı dini durumla bağlı ətraflı məlumat verib.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov çıxış edərək Dövlət Komitəsinin fəaliyyəti barədə danışıb, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində ölkəmizin qazandığı təcrübənin dünya dövlətləri tərəfindən öyrənildiyini diqqətə çatdırıb. Qeyd edib ki, gənclərin radikal təsirlərdən qorunmasında dini maariflənmə və təhsil mühüm amillərdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev şöbənin əhatə etdiyi rayon və şəhərlərdə həyata keçirilmiş maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb. Sosial şəbəkələr vasitəsilə radikal fikirlərin yayıldığını təəssüf hissi ilə qeyd edən N.Əfəndiyev gəncləri bu cür hallardan uzaq durmağa çağırıb.
Daha sonra çıxış edən Dövlət Komitəsinin əməkdaşları Əli Həziyev və Tərxan Paşazadə, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov, Bərdə şəhər “Cümə” məscidinin axundu Ramazan Hüseynov mövzu ilə bağlı konfrans iştirakçılarına ətraflı məlumat veriblər. Natiqlər respublikamızda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini, ölkəmizdə bütün dinlərin yayılmasına şərait yaradıldığını və onlara bərabər hüquqlar verildiyini vurğulayıblar.
(6).jpg)
(19).jpg)
(32).jpg)
(43).jpg)
(44).jpg)