Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.06.2017

Bərdədə “Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda tədbir keçirilib

İyunun 21-də Bərdə rayon Qarağacı kənd tam orta məkəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşları, Bərdə RİH  başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov, ictimaiyyət nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bərdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov rayondakı dini durum barədə məlumat verib.
Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov tolerant, multikultural dəyərlərin və İslam həmrəyliyi ideyalarının gənclərə aşılanmasının əhəmiyyətini vurğulayıb. Natiq radikal düşüncələrin cəmiyyətdə yayılmasına qarşı mübarizənin vacibliyini də qeyd edib. Əliheydər Zülfiqarov həmçinin, dini radikalizmi yaradan səbəblər və radikalizmə qarşı mübarizə vasitələri barədə ətraflı məlumat verib.
Daha sonra çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev isə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə yüksək etimada malik dövlətlər sırasında yer almasından bəhs edib.
Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov isə çıxışında “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyyətini qeyd edib və  bu il baş tutmuş IV İslam Həmrəyliyi Oyunlarında əldə etdiyimiz yüksək nəticələr barədə məlumat verib.

Tədbirdə çıxış edən digər natiqlər malik olduğumuz milli-mənəvi dəyərlərimizin təbliğatını genişləndirməyin radikalizmə qarşı mübarizəyə daha çox töhfə verəcəyini bildiriblər.