Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.03.2017

Basqalda “İslamda vətən sevgisi” mövzusunda maarifləndirici tədbir keçirilib

Martın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə İsmayıllı rayonu Basqal qəsəbə məscidi dini icmasının “Multikultural cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” layihəsi çərçivəsində “İslamda vətən sevgisi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev, RİH başçısının Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini İlham Ağayev, Basqal qəsəbə tam orta məktəbinin direktoru Ağasəfər Qafarov, Basqal qəsəbə məscidi dini icmasının sədri Fariz Mövlamov, İsmayıllı şəhər (2) məscidi dini icmasının sədri Qaya Xalıqov, dini icma üzvləri, müəllimlər və gənclər  iştirak ediblər.
Çıxış edənlər vətənpərvərliyin mahiyyəti, milli-mənəvi dəyərlərimizdəki rolu, eləcə də müqəddəs dinimizdə Vətən, torpaq sevgisi, o cümlədən şəhidlik zirvəsi haqqında geniş məlumat veriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.