19.02.2015
Baş Polis İdarəsində görüş keçirildi
Fevralın 19-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Bakı şəhəri Baş Polis İdarəsinin rəhbərliyi və şəxsi heyəti ilə görüşüb.
Komitə sədrinin müavini Səyavuş Heydərov dini ekstremizmin yaranma səbəbləri, bu məsələdə maraqlı qüvvələr, o cümlədən ölkəmizdə dini sahədə cərəyan edən bəzi neqativ proseslər, tendensiyalar, onun yayılmasının qarşısının alınması üçün birgə fəaliyyət barədə fikirlərini bölüşüb. Görüşdə, həmçinin, Bakı şəhərində radikalizmə meyilli şəxslərin fəaliyyət metodologiyası, istifadə etdikləri üsullar, vasitələr və onlara qarşı mübarizə taktikası barədə məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.