24.02.2015
Baş Dövlət Yol Polisi İdarəsində görüş keçirilib
Fevralın 24-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Bakı şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şəxsi heyəti ilə görüşmüşdür.
Tədbiri giriş sözü ilə açan Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini polis polkovnik-leytenantı Hikmət Eyvazov görüşün əhəmiyyətini yüksək qiymətləndirmiş, bütün səmavi dinlərin əsasının sülh və ədalət prinsipləri təşkil etdiyini, ölkəmizdə tolerantlığın gündən-günə möhkəmləndiyini, bu sahədə maarifləndirmə tədbirlərinin, milli və dini münasibətləri tənzimləyən qanunların tələblərinin həyata keçirilməsi istiqamətində Daxili İşlər Nazirliyi tərəfindən təkcə ictimaiyyət arasında deyil, həm də daxili işlər orqanlarının şəxsi heyəti arasında fəaliyyətin davam etdirildiyini iştirakçıların nəzərinə çatdırmışdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxış edərək Azərbaycandakı mövcud dini durum, dövlətin bu sahəyə qayğısı, ölkəmizdə radikalizm meyllərinin yaranmasının səbəbləri, bu meyllərin yayılmasında maraqlı olan qüvvələr haqqında məlumat vermişdir. Görüşdə, həmçinin, radikalizmə meyilli şəxslərin fəaliyyət metodologiyası, istifadə etdikləri üsullar, vasitələr və onlara qarşı mübarizə taktikası barədə məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Eyni zamanda, ölkəmizdə dini ekstremizmə qarşı maarifləndirmə və koordinasiya işinin təşkili üzrə keçirilən tədbirlər barədə iştirakçıları məlumatlandırmışdır.
Bakı şəhəri BPİ-nin Dövlət Yol Polis İdarəsinin rəis müavini polis polkovnik-leytenantı Qəhrəman Qələndərov çıxış edərək, əməkdaşlar arasında dini, mənəvi-əxlaqi dəyərlərin qorunması sahəsində görülən işlərdən danışmış, ölkəmizdə dini sahədə maarifləndirmə işləri ilə bağlı belə tədbirlərin əhəmiyyətini qeyd etmiş, şəxsi heyət adından minnətdarlığını bildirmişdir.