Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.03.2018

Balakəndə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Martın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi Balakən rayonu Nizami adına şəhər 1 saylı tam orta məktəbində nümayiş etdirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə, Balakən rayonu Nizami adına şəhər 1 saylı tam orta məktəbin direktoru Şəfiqə Tütünçüyeva, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə “Şəhadət” sənədli filminin gənclərin vətənpərvərlik hissinin daha da gücləndirilməsi istiqamətində rolundan danışıb, eyni zamanda dini fanatizmin, radikalizmin təsirinə düşərək xarici ölkələrdə silahlı terror birləşmələrində vuruşan və orada həlak olanların acı taleləri haqqında bəhs edib. O, dini radikalizm məfhumu haqqında məktəbliləri məlumatlandırıb, gənclərin təhsilə önəm verərək zərərli, yad dini vərdişlərdən uzaq olmalarının vacibliyini vurğulayıb.
Daha sonra “Şəhadət” sənədli filmi nümayiş olunub.