08.06.2017
Balakəndə “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib
İyunun 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin və Balakən Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Qazma kənd 1 saylı tam orta məktəbində “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Sənan Hacıyev və Elvin Qarayev, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan rayonun Qazma kənd 1 saylı tam orta məktəbinin direktoru Aşənnə Mehdiyeva sözügedən mövzu ilə əlaqədar iştirakçılara məlumat verib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sənan Hacıyev çıxışında bildirib ki, milli dəyərlər hər bir xalqın özünəməxsus kimliyini müəyyən edir. Azərbaycan xalqı da özünəməxsus mənəvi dəyərlərə malikdir. Ölkəmizdə yaşayan müxtəlif xalqların və din nümayəndələri arasında mövcud olan tolerantlıq və qarşılıqlı hörmət milli sərvətimizin ən gözəl nümunələrindəndir.
Daha sonra çıxış edən DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev vurğulayıb ki, xalqımıza məxsus olan mənəvi sərvətlər içərisində din böyük önəmə sahibdir. O qeyd edib ki, müasir dövrdə dini dəyərlərimiz radikal düşüncələrin təsirinə məruz qalmaqdadır. Bunun qarşısını almağın ən vacib amili sağlam dini təsəvvürlərə malik olmaq və dini dəyərlərimizin milli kimliyimizlə ziddiyyət təşkil etməyəcəyini dərk etməkdir.
Sonda tədbir iştirakçılarının mövzuya dair sualları cavablandırılıb.
.jpg)
.jpg)
