Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.09.2021

Balakəndə “Mənəvi dəyərlərimiz: sülh və humanizmə baxış” mövzusunda onlayn seminar keçirilib

Sentyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə "Sülh Aylığı” çərçivəsində Balakən rayonunda  “Mənəvi dəyərlərimiz: sülh və humanizmə baxış” mövzusunda onlayn seminar keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Elməddin Atakişiyev və Ruslan Əfəndiyev, Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Türkan Əliyeva, rayon ictimaiyyətinin nümayəndələri, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, Azərbaycan beynəlxalq müstəvidə humanizmi və sülhü təbliğ edən bir ölkə kimi tanınmaqdadır. Natiqlər Azərbaycanın müstəqillik dövründə sosial, iqtisadi və mədəni həyatında inkişaf və yüksəliş yoluna qədəm qoyduğunu, aparılan islahatların, görülən fəaliyyətin və qazanılmış uğurların buna bariz nümunə olduğunu da nəzərə çatdırıblar.
Daha sonra konfrans iştirakçılarının fikirləri dinlənilib və tədbir qarşılıqlı müzakirələrlə  davam etdirilib.