Balakəndə maarifləndirmə tədbiri keçirilib
Fevralın 7-də Balakən Rayon İcra Hakimiyyətinin (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Balakən rayonu Mahamalar kənd tam orta məktəbində “Gəncləri dini radikalizm və digər zərərli vərdişlərdən qoruyaq” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Elməddin Atakişiyev, Ləman Balayeva, Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Aynur Omarova, Balakən RİH başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Türkan Əliyeva, Mahamalar kənd tam orta məktəbin direktoru Kəmalə Məmmədova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Kəmalə Məmmədova keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Ləman Balayeva çıxışında dini radikalizm, dini radikal qrupların təbliğat metodları və onunla mübarizə yolları haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycanda tarixin bütün dövrlərində etnik və dini icmalar arasında tolerantlıq mövcud olub, milli, irqi və dini zəmində heç bir qarşıdurma baş verməyib.
Daha sonra çıxış edən Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Aynur Omarova dini radikalizm, habelə digər zərərli vərdişlərin insana və cəmiyyətə vurduğu zərərlər haqqında məlumat verib.
Balakən Rayon İcra Hakimiyyəti başçısı Yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Türkan Əliyeva zərərli vərdişlər və onlara qarşı mübarizə tədbirləri haqqında məlumat verib.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


