04.05.2018
Balakəndə maarifləndirmə tədbiri keçirilib
Mayın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Balakən Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Balakən rayonu Kortala kənd tam orta məktəbində “Milli kimliyi qoruyan Azərbaycan gəncliyi” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə, məktəbin direktoru Abdulməcid Məmmədov, müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə, məktəbin direktoru Abdulməcid Məmmədov, müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru A. Məmmədov mövzunun əhəmiyyətindən danışıb.Bildirib ki, milli-mənəvi dəyərləri qorumaq hər bir vətəndaşın, o cümlədən gənclərin müqəddəs borcudur.
Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı S. Tahirzadə bu cür tədbirlərin keçirilməsinin gənclərin maariflənməsinə müsbət təsir göstərdiyini bildirib. Onu da vurğulayıb ki, maddi və mənəvi mədəniyyət əsasında milli kimlik formalaşır.
Daha sonra “Şəhadət” sənədli filmi nümayiş olunub.
(8).jpg)
