Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.07.2017

Balakəndə “İslam dünyasında dini ekstremizmin yaranma səbəbləri” mövzusunda tədbir təşkil olunub

İyulun 18-də Cederovtala kənd dini icması tərəfindən həyata keçirilən “İslam sülh və həmrəylik dinidir” layihəsi çərçivəsində Balakəndə “İslam dünyasında dini ekstremizmin yaranma səbəbləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Balakən Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları, kənd ictimaiyyətinin nümayəndələri və dindarlar iştirak ediblər.
Layihənin rəhbəri Həmzət Ceerçiyev çıxışında layihənin əhəmiyyətinə toxunub.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev İslam dünyasının bugünkü vəziyyətindən, dini ekstremizmin yaranma tarixindən və mümkün fəsadlarından danışıb. O, bəzi İslam ölkələrində baş verən neqativ hadisələrin səbəbləri və ölkəmizin bunun tam əksinə olaraq İslam həmrəyliyinə verdiyi töhfələri barədə iştirakçılara məlumat verib.
Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Balakən rayonu üzrə qazısı İbrahim İbrahimov bildirib ki, dini ekstremizm İslamın təməl prinsiplərinə tamamilə ziddir. Hər bir Azərbaycan vətəndaşı dini və milli dəyərlərimizi qorumalı və dini ekstremist düşüncələrə qarşı hər zaman ayıq-sayıq olmalıdır.
Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov çıxışında cəmiyyətdə təhsil səviyyəsinin yüksəldilməsinin dini ekstremizmə qarşı mübarizədə effektiv rol oynaya biləcəyini söyləyib.